- 17 Aprel 23:52
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovski rayonuna zərbə endirib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb: "Onların arasında 11 yaşlı uşaq da var".
Lısak deyib ki, zərbəninin təsirindən 2 fərdi evi dağılıb, 30-a yaxın evə zərər dəyib: "Bundan əlavə, mağaza və yanacaqdoldurma məntəqəsinə də ziyan dəyib. Hazırda məlumat dəqiqləşdirilir".
Şəbnəm Mehdizadə