İdarəetmədən çıxan mikroavtobus dəmir hasara çırpıldı, yaralılar var


  • 29 May 2023 16:06

Türkiyənin Samsun şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Atakum rayonunda telefon şirkətinin işçilərini daşıyan mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı dəmir hasara çırpılıb.

Hadisə nəticəsində mikroavtobusdakı 9 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər