- 19:10
Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Maltəpə sahilində sürücü idarəetməni itirərək yaxınlıqdakı parka girib və maşını insanların üstünə sürüb.
Hadisə nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.
İlkin tibbi yardımdan sonra yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə