Baş Qərargah: "Ruslar Xerson sakinlərinə qarşı təzyiqləri gücləndirib"


  • 30 May 2023 09:57

"Rusiya işğalçıları Xerson vilayətinin müvəqqəti işğal olunmuş hissəsinin sakinlərinə qarşı təzyiqləri gücləndirib"

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı "Facebook" səhifəsində məlumat verib.

Bildirilib ki, Skadovski rayonunda ruslar kütləvi reydlər keçirir: "Düşmən Xerson vilayətinin müvəqqəti ələ keçirdiyi Skadovski rayonunda əks-kəşfiyyat tədbirlərini gücləndirib. İşğalçılar yerli sakinlərin evlərinə və mənzillərinə kütləvi basqınlar həyata keçirirlər. Onlar şəxsi sənədləri və mobil cihazları yoxlayırlar. İşğalçılar yerli əhalini qorxutmağa və Ukrayna Müdafiə Qüvvələrinə kömək edənləri tapmağa çalışırlar".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər