Kolumbiyada əməliyyat: 843 kilo kokain ələ keçirildi


  • 30 May 2023 10:10

Kolumbiyada 843 kilo kokain ələ keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə "Caracol" saytı məlumat yayıb.

Narkotiklərlə Mübarizə İdarəsinin Kartagena şəhərində keçirdiyi əməliyyatda 3 konteyner daşıyan yük maşını saxlanılıb. Axtarışlar nəticəsində konteynerlərdə gizlədilmiş 843 kiloqram kokain aşkar edilib.

Yük maşınının Kartagenadan Barranquillaya doğru yolda olduğu və oradan da Karib dənizinə göndəriləcəyi bildirilib. Yük maşınının sürücüsü dindirilmək üçün prokurorluğa təhvil verilib.

Kolumbiya Prezidenti Qustavo Petro əməliyyatı həyata keçirən qruplarını təbrik edib.

Qeyd edək ki, Kolumbiya, Panama və ABŞ təhlükəsizlik qüvvələrinin Karib dənizində keçirdiyi son birgə əməliyyatda 5,5 ton kokain ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər