42 yaşlı prokuror xəstəlikdən vəfat etdi


  • 30 May 2023 11:35

Ankara Baş Prokurorluğunun Terror Cinayətlərinin İstintaqı Şöbəsinin prokuroru Oktay Akkaya vəfat edib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, o, 42 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, O.Akkaya mədəaltı vəzinin iltihabı xəstəliyindən əziyyət çəkirmiş. O, uzun müddət Ankara Etlik Şəhər Xəstəxanasında müalicə olunub.

Türkiyə Hakimlər və Prokurorlar Şurası Birinci dairəsinin sədri Halil Koç sosial media hesabında mərhumun ailəsinə başsağlığı verib: "Oktay Akkayanın vəfat xəbəri məni kədərləndirdi. Mərhum həmkarımıza Allahdan rəhmət diləyir, həyat yoldaşı, həmkarımız Elif Akkayaya və məhkəmə ictimaiyyətinə başsağlığı verirəm".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər