Avstriyada xəstəxanada baş verən yanğında 3 nəfər ölüb


  • 30 May 2023 12:26

Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Mödlinq xəstəxanasında yanğın baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı 3 xəstə ölüb. 20 nəfərin isə tüstüdən zəhərləndiyi bildirilib. Xəstələr yaxınlıqdakı xəstəxanalara köçürülüb.

Qeyd olunub ki, əməliyyatxanaların yanğının baş verdiyi yerə yaxın olması səbəbindən bir müddət burada əməliyyatların həyata keçirilməsi mümkün olmayacaq.

Yanğının səbəbi hələlik məlum deyil. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər