Məzmuna keç

Ukraynaya həlak olmuş daha 79 hərbçinin cəsədləri qaytarıldı

Ukraynaya daha 79 hərbi qulluqçunun cəsədi qaytarılıb.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Reinteqrasiya Nazirliyi məlumat yayıb.

"Bu gün biz 79 ukraynalı müdafiəçinin cəsədini qaytara bildik. Onların cənazələri layiqli şəkildə dəfn olunmaları üçün ailələrinə təhvil veriləcək", – məlumatda bildirilib.

Qeyd olunub ki, döyüşçülərin cəsədlərinin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilir.

Şəbnəm Mehdizadə