Məzmuna keç

Türkiyə-Yunanıstan sərhədini keçmək istəyən 4 terrorçu saxlanıldı

Türkiyə-Yunanıstan sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Saxlanılan şəxslərdən 3-nün FETÖ, 1-nin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə