Ukrayna SQ: "Son sutkada Liman və Kupyansk istiqamətlərində 25 işğalçı məhv edilib"


  • 30 May 2023 16:51

"Son sutka ərzində Ukrayna hərbçiləri Liman və Kupyansk istiqamətlərində 25 rus işğalçısını məhv edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində deyib.

Onun sözlərinə görə, 63 rus əsgəri isə yaralanıb.

"Gün ərzində bu ərazilərdə 13 toqquşma olub. Düşmən itki verərək geri çəkilib. Ukrayna hərbçiləri, həmçinin işğalçılara məxsus iki piyada döyüş maşını, iki minaatan kompleksi, bir kamikadze pilotsuz uçan aparatı və üç maşını məhv edib", - Çerevatı bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər