- 25 Sentyabr 17:13
Türkiyənin 5 şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mersin, Ankara, Antalya, Adana və İzmir şəhərlərini əhatə edən əməliyyatlar çəçivəsində 25 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Onlardan 6-sı sərbəst buraxılıb, 19 nəfərin işi məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslərdən 7-i barədə həbs, 11-i barədə polisin nəzarətinə verillmə, bir nəfər barədə isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə