- 25 Sentyabr 17:13
Türkiyənin İzmir şəhərində hərbçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, idarəetmədən çıxan miktoavtobus yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində 11 nəfər xəsarət alıb.
Hadisə yerinə gələn xilasedicilər nəqliyyat vasitəsində sıxışıb qalan 7 nəfəri çıxarıb. Yaralılar xəstəxanaya aparılıb, onların səhhətinin yaxşı olduğu bildirilib.
İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə