- 00:30
Yeni Zelandiyada 6,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Oklend adalarında 33 kilometr dərinlikdə olub. İtki və dağıntı qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Şəbnəm Mehdizadə