Məzmuna keç

Ofisdə silahlı insident olub, 5 nəfər yaralanıb

Türkiyənin Uşak şəhərində Uşak Universitetinin yaxınlığındakı ofislərin birində iki qrup arasında silahlı insident olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, insident nəticəsində 2 nəfər güllələnib, 3-ü isə döyülüb.

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

İnsidentin hansı səbəbdən baş verdiyi məlum deyil.

Şəbnəm Mehdizadə