Almaniyada xəstəxanaların 25 faizi bağlana bilər


  • 1 İyun 2023 18:59

Almaniyada xəstəxanaların 25 faizi bağlana bilər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib.

Onun sözlərinə görə, ölkədə planlaşdırılan xəstəxana islahatı həyata keçirilməsə, xəstəxanaların 25 faizi bağlana bilər.

Nazir “Bild” nəşrinə müsahibəsində deyib ki, mübahisəli xəstəxana islahatı bir çox xəstəxanaların maliyyə problemləri yaşayan bir çox xəstəxanaının fəaliyyətini davam etdirməsinə imkan verəcək.

Alman səhiyyə sistemi üçün islahatların vacibliyini vurğulayan Lauterbax "Xəstəxanalarda nəzarətsiz bir iflasın başlanğıcındayıq" deyib.

COVID-19 epidemiyası əksər ölkələrdə olduğu kimi, Almaniyada da səhiyyə xidmətləri, işçilər və xəstəxanalar üzərində böyük təzyiq yaradıb. Bu təzyiq Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı ilə daha da artıb.

Almaniyadakı 1900 xəstəxananın 60 faizi böyük maliyyə problemləri ilə üzləşib. Xəstəxanalardakı köhnə avadanlıqlardan, kadr çatışmazlığından, təcili yardım xidmətlərində gözləmə müddətlərinin uzun olmasından, müalicənin keyfiyyətinin aşağı düşməsindən və həddindən artıq bürokratiyadan şikayətlər edilir.

Ölkədə planlaşdırılan və böyük müzakirələrə səbəb olan xəstəxana islahatı ilə xəstəxanaların maliyyələşdirilməsi və strukturunun yenidən təşkili nəzərdə tutulur. İslahata görə, xəstəxanalar artıq yalnız tibbi işlərin sayına görə maliyyələşməyəcək. Bu, xəstəxanalara olan maliyyə təzyiqini azaldacaq. Xəstəxanaların 3 kateqoriyaya bölünməsi planlaşdırılır. Klinikaların müəyyən müalicələr üzrə ixtisaslaşması və xəstələrin daha keyfiyyətli müalicə alması hədəflənir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər