Ceyk Sallivan Sudanda döyüşləri dayandırmağa çağırdı


  • 1 İyun 2023 19:15

"Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən qarşıdurmalara son qoyulmalıdır".

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Atəşkəs razılaşmasına baxmayaraq qarşıdurmaların davam etdiyini qeyd edən Sullivan, xüsusilə Xartum və Darfurda vəziyyətin dəhşətli olduğunu bildirib.

O deyib ki, tərəflərin atəşkəs rejiminə əməl etməməsi Sudan xalqı üçün pis nəticələrin olacağı ilə bağlı narahatlıqları artırır: “Birləşmiş Ştatlar bunun qarşısını almaq üçün əlindən gələni etməyə davam edəcək”

Sullivan zorakılığı davam etdirən aktorlara qarşı iqtisadi sanksiyalar və viza məhdudiyyətlərini tətbiq edəcəklərini bildirib: "Bu tədbirlər Sudanda sülhü, təhlükəsizliyi və sabitliyini pozanları məsuliyyətə cəlb etmək məqsədi daşıyır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər