- 17:08
Türkiyənin Ədirnə şəhərində bir həftə ərzində sərhədi keçərək Yunanıstana qaçmağa çalışan 17 şübhəli şəxs saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şübhəlilərdən 10-nun PKK, 5-nin FETÖ, digərlərinin isə İŞİD və MLKP üzvü olduğu müəyyən edilib.
Saxlanılan şəxslərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq davam etdirilir.
Şəbnəm Mehdizadə