Kanadada meşə yanğınlarının söndürülməsinə ordu qüvvələri də cəlb olunub


  • 2 İyun 2023 18:13

Kanadanın Yeni Şotlandiya əyalətində davam edən meşə yanğınlarını söndürmək üçün ordunun şəxsi heyəti cəlb edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Halifax şəhərində yaşayış məntəqələrinə çatan yanğınlarla mübarizə davam edir.

Kanadanın ictimai təhlükəsizlik naziri Bill Bleyer bölgəyə göndərilən əsgərlərin yanğınsöndürənlərə dəstək verəcəklərini bildirib.

“Yanğınsöndürmə idarəsi əla iş görür, lakin onların yardıma ehtiyacı var", - deyə o qeyd edib.

Qeyd edək ki, meşə yanğınlarına görə, indiyədək təxminən 18 min insan təxliyə edilib. Alovların yayıldığı Klayd çayı ilə Port Klayd bölgəsini birləşdirən körpü altındakı dayaqların yanması nəticəsində dağılıb. Bundan əlavə, Qərbi Alberta əyalətində baş verən 61 meşə yanğınından 16-nın nəzarətdən çıxdığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər