- 8 May 20:08
Türkiyənin Aydın şəhərində avtomobil elektrik dirəyinə çırpılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğla istiqamətində hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyibə çırpılması nəticəsində 5 nəfər xəsartə alıb.
Hadisə yerinə polis və təcili yardım çağırılıb.
Yaralılar Çine Dövlət Xəstəxanasına aparılıb. Vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə