Rusiyanın Ukraynadakı itkilərinin sayı 210 min nəfərə çatır


  • 3 İyun 2023 14:01

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 560 hərbçisi məhv edilib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkisinin sayı 209 470 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya indiyədək müharibədə 3 829 tank, 7 502 zirehli maşın, 3 165 operativ-taktiki PUA, 3 533 artilleriya sistemi, 582 reaktiv yaylım atəşi sistemi, 342 hava hücumundan müdafiə sistemi, 1132 qanadlı raket, 313 təyyarə, 298 helikopter, 18 gəmi/qayıq, 6 289 avtomobil və tanker, 475 xüsusi texnika itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər