Türkiyədə istilik elektrik stansiyasında yanğın olub


  • 3 İyun 2023 17:26

Türkiyə Kahramanmaraş şəhərində istilik elektrik stansiyasında yanğın baş verib.

E-huquq.az "CCN Türk"ə istinadən xəbər verir ki, Türkiyənin ən böyük istilik elektrik stansiyalarından biri olan Afşin-Elbistan B İstilik Elektrik Stansiyasında baş verən yanğın 1 saat davam edən əməliyyat nəticəsində söndürülüb.

İlkin ehtimala görə, yanğın baca qazlarının təmizlənməsi sistemi ilə soyutma qülləsinin qovşağında başlayıb.

Faktla bağlı araşdırma başladılıb.

Qeyd edək ki, stansiya fevralın 6-da baş verən zəlzələdə zərər görmüş və aparılan təmir-bərpa işlərindən sonra mayın 10-da yenidən fəaliyyətə başlamışdı

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər