"Mavar" qasırğasına görə Yaponiyada 2 milyon nəfər təxliyə olunacaq


  • 3 İyun 2023 17:45

Yaponiyada "Mavar" qasırğası 1 nəfərin ölümünə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Meteorologiya İdarəsi (JMA) paytaxt Tokio da daxil olmaqla, ölkənin cənub və şərq bölgələrinə təsir edən tropik qasırğa ilə xəbərdarlıq edib.

Gifu, Şizuoka, Aiçi və Mie əyalətlərində ümumilikdə 2 milyona yaxın insanın üçün müvəqqəti təxliyəsi barədə çağırış edilib, Vakayamada isə seldə itən iki nəfərin axtarışlarının davam etdiyi bildirilib. Qurum Sakit okean sahilindəki əyalətlərdə daşqın və sürüşmə ola biləcəyini qeyd edərək yaşlı insanların təcili təxliyəsini istəyib.

Paytaxtla cənub metropollarını birləşdirən sürətli qatar xətlərində müvəqqəti dayanmalardan sonra 5 mindən çox insanın gecəni çöldə keçirdiyi bildirilir. Çayın səviyyəsinin qalxmasından sonra Aiçi vilayətində bəzi magistral yollar su altında qalıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər