Rusiyada yol qəzasında 12 nəfər yaralanıb


  • 3 İyun 2023 18:45

Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını qarşı zolağa çıxaraq əks istiqamətdə hərəkətdə olan avtomobillərə çırpılıb.

Qəza zamanı 2-si ağır olmaqla 12 nəfər yaralanıb.

Əraziyə təcili yardım və xilasedicilər göndərilib. Avtomobillər evakuatorlarla yoldan çıxarılıb.

Rusiya Səhiyyə Nazirliyindən verilən açıqlamada 13 avtomobilin iştirakı ilə baş verən qəzada yaralananların müalicəsinin davam etdiyi bildirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər