Məzmuna keç

Ukrayna SQ: “Rusiya qoşunları son sutka ərzində Ukrayna ərazisinə 14 raket və 40 hava zərbəsi endirib”

"Ukrayna hərbi aviasiyası son sutkada rus hərbçilərinin mövqelərinə 15 zərbə endirib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında bildirilib.

"Öz növbəsində, raket qoşunları və artilleriya bölmələri bir sutka ərzində Rusiyanın üç komanda məntəqəsini, dörd silah-sursat anbarını, iki zenit-raket kompleksini və dörd elektron döyüş məntəqəsini məhv edib. Həmçinin müdafiəçilərimiz düşmənin 6 kəşfiyyat aparatını məhv ediblər", – məlumatda qeyd olunur.

Eyni zamanda, bildirilib ki, Rusiya son 24 saat ərzində Ukrayna ərazilərinə Kh-101/X-555 qanadlı raketlərindən və İran istehsalı olan "Shahed" pilotsuz uçuş aparatlardından (PUA) zərbələr endirib: "Ümumilikdə, son sutka ərzində düşmən tərəfi qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 14 raket və 40 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 51 atəş zərbəsi endirib".

Qeyd olunur ki, hücumlar nəticəsində fərdi yaşayış evləri, təhsil ocaqları, eləcə də digər mülki və inzibati infrastruktura zərər dəyib.

Şəbnəm Mehdizadə