Məzmuna keç

ISW: “Ukrayna qüvvələri Zaporojye bölgəsində irəliləyib”

"Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətindəki istiqamətlərdən birində irəliləyiş əldə edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

“İyunun 4-də Ukrayna qüvvələri Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin şərq hissəsində lokallaşdırılmış quru hücumları həyata keçirib və məhdud taktiki uğur əldə ediblər" – ISW qeyd edib.

İyunun 4-də yayımlanan bir sıra videoların geolokasiyasından sonra analitiklər belə qənaətə gəliblər ki, Ukrayna mexanikləşdirilmiş qüvvələri Rivnopolun şimal-şərqində məhdud irəliləyiş əldə edib. ISW Novodarovka (Bolşaya Novoselkadan 14 km cənub-qərb) və Neskuçnoye (Bolşaya Novoselkadan 2 km cənub-qərb) şəhərlərinin azad edilməsi barədə məlumat verən bir sıra rusiyalı "hərbi bloqerlərin" hesabatlarına istinad edir. Novodarovkanın cənub-qərbində yerləşən Levadnoedə rus qoşunlarının mövqelərini itirməsi ilə bağlı fikirlər də var.

"Bəzi rusiyalı bloqerlər iddia ediblər ki, Ukrayna qoşunları Rusiya müdafiəsinin birinci xəttini keçərək ərazidə 500 metrdən üç kilometrə qədər irəliləyiblər. Lakin bu xəbərlərin heç bir əyani sübutu yoxdur" – ISW bildirib.

Şəbnəm Mehdizadə