Leysan yağışları səbəbindən Türkiyənin bəzi ərazilərində məktəblər bağlanıb.
E-huquq.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Kastamon şəhərinin İnebolu rayonu, Samsun şəhərinin Ladik rayonu və Sinop şəhərinin Ayancık və Türkeli rayonlarında leysan yağışlar səbəbindən məktəblərdə tədris dayandırılıb.
Kastamonuda İnebolu çayının daşması təhlükəsi ilə əlaqədar gecə saatlarında çay sahillərində tədbir görüb. Sel suları çay sahillərinə ziyan vurub. İsmətpaşa və Əbdürrəhmanpaşa küçələrində nəqliyyatın hərəkətində çətinlik yaşanıb. Vətəndaşlardan çayın yaxınlığından keçməmək xahiş olunub.
Ladik Rayon Valiliyi də mümkün neqativ hallara qarşı qabaqlayıcı tədbirlər görüldüyünü açıqlayıb.
Sinopda yağan yağışın sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə
