Türkiyənin Kocaeli şəhərində iki qrup arasında silahlı insident baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Gebze rayonunda aralarında ədavət olan iki qrup arasında yaşanan mübahisə silahlı insidentə çevrilib.
Hadisə nəticəsində 1-i ağır olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Darıca Farabi Tədris və Araşdırma Xəstəxanasına və Gebze Fatih Dövlət Xəstəxanasına aparılıb.
Polis hadisə yerindən qaçan şübhəli şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Şəbnəm Mehdizadə
