Kubada sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Batabano limanından yola düşən sərnişin avtobusu Havana-Melena yolunun 10-cu kilometrliyində aşıb.
Qəza zamanı 30 nəfər yaralanıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Kuba prezidenti Migel Diaz-Kanel "Twitter" hesabında etdiyi paylaşımda qəzada ölənlərin ailələrinə başsağlığı verib.
Şəbnəm Mehdizadə
