Məzmuna keç

Haitidə daşqınlar nəticəsində 15 nəfər ölüb

Haitidə daşqınlar nəticəsində azı 15 nəfər ölüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Haiti Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ilk məlumata görə, görə 8 nəfər itkin düşüb.

Daşqın səbəbindən təxminən 13,400 nəfər evlərindən təxliyə edilib. Təbii fəlakət 7400-dən çox evə ziyan vurub.

Haiti Baş naziri Ariel Henri hökumətin daşqınlardan zərər çəkənlərə kömək etmək üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib.

Şəbnəm Mehdizadə