Nigeriyanın Benue əyalətində silahlı hücum nəticəsində 25 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Katsina-Ala şəhərinin rəsmisi Atera Alfred məlumat verib.
O, silahlı şəxslərin Benue əyalətinin Katsina-Ala şəhərinin müxtəlif kəndlərinə hücumlar təşkil etdiyini bildirib.
Alfred qeyd edib ki, hücumlarda ən azı 25 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
Benue polisinin sözçüsü Caterine Anene təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini və istintaq başladıldığını bildirib.
Şəbnəm Mehdizadə
