Türkiyənin Konya şəhərində iş yerində silahlı insident baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki qrup arasında başlayan mübahisə silahlı insidentə çevrilib. Hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəşlə yaralanıb.
Əraziyə polis və tibb işçiləri göndərilib. İnsidenti dağıtmağa çalışan 7 polis bədən xəsarətləri alıb.
Yaralılar ilk tibbi yardımdan sonra sonra xəstəxanaya aparılıb.
İnsidentdə iştirak edən 6 nəfər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
