Çinin cənub-qərbindəki Sıçuan əyalətinin Lisen şəhərində şaxtada baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, xeyli sayda mədən işçisinin torpaq və qaya parçaları altında qaldığı bildirilir.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.
İlkin ehtimala görə, sürüşməyə səbəb iki gün əvvəl bölgədə güclü yağışın yağması olub.
Şəbnəm Mehdizadə
