Məzmuna keç

Mikroavtobusla avtomobil toqquşdu, ölən və yaralananlar var

Türkiyənin Şanlıurfa şəhərində mikroavtobusla avtomobil toqquşub.

E-huquq.az "DHA"ya istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Hazırda onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Şəbnəm Mehdizadə