Ekvadorun Quayaquil şəhərinin Trinitaria rayonunda evə silahlı basqın edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.
Ölənlər arasında bir polis məmuru və bir qadının olduğu bildirilir.
Hadisə şahidlərinin ifadələrindən məlum olub ki, hücumu 3 nəfər motosikletli şəxs həyata keçirib.
Əraziyə xeyli sayda təhlükəsizlik qüvvələri göndərilib. Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
