Son sutkada Ukraynada Rusiya ordusunun 800 hərbçisi məhv edilib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkisi 211 min 150 nəfərə çatıb.
Rusiyanın hərbi texnika itkilərinə gəldikdə isə, 2022-ci il fevrakın 24-dən bugünədək Rusiya 3 860 tank, 7543 zirehli maşın, 3212 operativ-taktiki PUA, 3603 artilleriya sistemi, 351 hava hücumundan müdafiə sistemi, 590 reaktiv yaylım atəş sistemi, 313 təyyarə, 299 helikopter, 6332 avtomobil və tanker,18 gəmi, 1171 qanadlı raket, 489 xüsusi texnika itirib.
Şəbnəm Mehdizadə
