"Rus işğalçıları tərəfindən Xerson vilayətindəki Kaxovskaya su elektrik stansiyasının vurulması, yəqin ki, son onilliklərdə Avropada baş vermiş ən böyük texnogen fəlakətdir".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb
"Bu hücum minlərlə insanı təhlükə altına qoyub. Bu, dəhşətli müharibə cinayətidir. 21-ci əsrin ən böyük terrorçusu olan Rusiyanı dayandırmağın yeganə yolu onu Ukraynadan qovmaqdır.", – XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovka su elektrik stansiyasının (SES) bəndi partladılıb. Faktla bağlı Ukraynanın "Cənub" operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb.
Şəbnəm Mehdizadə
