Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində təşkilatla əlaqədə şübhəli bilinən 30 nəfər saxlanılıb.
İstintaq çərçivəsində şübhəlilərin universitetdə təhsil aldıqları müddətdə təşkilatda müxtəlif səviyyələrdə çalışdığı müəyyən edilib.
Şübhəli şəxslərlə bağlı Ankaranın 5 vilayətində istintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
