Türkiyənin İstanbul şəhərində iki qrup arasında silahlı insident baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, aralarında ədavət olan şəxslərin mübahisəsi silahlı insidentə çevrilib. Odlu silahdan atəş açılması nəticəsində 3 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar ilkin tibbi müayinədən sonra xəstəxanaya aparılıb.
Polis hər iki tərəfdən ümumilikdə 7 nəfəri saxlayıb. Saxlanılan şəxslər polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
