Türkiyənin İstanbul şəhərində fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, idarəetmədən çıxan mikroavtobusun yol nişanına çırpılması nəticəsində 13 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım göndərilib. Yaralılar xəstəxanaya aparılıb.
Qəzanın baş verdiyi prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Şəbnəm Mehdizadə
