Məzmuna keç

Baş Qərargah: “Maryinka yaxınlığında düşmənin 13 hücumu dəf edilib”

"Rusiya işğalçıları Ukraynanın Luqansk və Donetsk vilayətlərini ələ keçirmək cəhdlərini davam etdirirlər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, gün ərzində Ukrayna əsgərləri burada rusların 30-dan çox hücumunu dəf edib: "Belə ki, Liman istiqamətində ruslar Luqansk vilayətinin Kremennaya və Beloqorovka ərazilərində, eləcə də Donetsk vilayətinin Berestovo yaxınlığında uğursuz hücuma keçiblər. Ukrayna qırıcıları Maryinka şəhəri yaxınlığında düşmənin 13 hücumunun hamısını dəf edib. Düşmən Avdeevka və Şaxtersk istiqamətlərinə hücum etməyib, artilleriya və hava zərbələri ilə məhdudlaşıb".

Şəbnəm Mehdizadə