Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda Suriyadan ölkəyə daxil olmaq istəyən terrorçu saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçunun üzərində 10 ədəd tapança aşkarlanıb.
Saxlanılan şəxslə bağlı istintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
