Məzmuna keç

Zəncirvari qəzada 4 nəfər yaralandı

Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, zəncirvari şəkildə baş verən qəzada avtomobillə eyni istiqamətdə hərəkət edən yük maşını biri-birinə çırpılıb. Zərbənin təsirindən yan yola düşən yük maşını panelvanla toqquşub. Qəzada eyni istiqamətdə hərəkət edən motosiklet isə panelvana çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Yaralıların vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə