Cənubi Koreyanın paytaxtı Seulda metro stansiyada eskalatorun sürətlə əks istiqamətə hərəkət etməsi nəticəsində 14 nəfər xəsarət alıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qəza Bunaq xəttindəki Sunae stansiyasının ikinci çıxışında baş verib.
Yuxarı qalxan eskalator qəfil sürətlə geriyə dönüb aşağı düşdüyündən onun üzərində olan insanlar yıxılıb.
Yaralılara ilkin tibbi yardın göstərilib. Ağır xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Polis qəzanın dəqiq səbəblərini araşdırır.
Şəbnəm Mehdizadə
