Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında PKK/KCK-nın yüksək səviyyəli idarəçisi Fehmi Öğmeni məhv edib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Fehmi Öğmen MİT-in "boz siyahı"sında" axtarılan terrorçulardan olub.
Əməliyyatda Öğmenlə yanaşı, "Mazlum Koçer" kod adlı terrorçu Mehmet Salih Çakal və onların sürücüsü "Ararat Tolhildan" kod adlı Əhməd Muhammed Əli də zərərsizləşdirilib.
Qeyd edək ki, 1993-cü ildə təşkilata qoşulan Öğmen uzun illər daxildə və xaricdə terror fəaliyyətləri həyata keçirən, təşkilatın Türkiyədə bir çox aksiyalar təşkil edən rəhbər şəxslərindən olub.
Şəbnəm Mehdizadə
