Türkiyənin Ankara şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi tərəfindən müxtəlif ünvanlarada eyni vaxtda həyata keçirilən əməliyyatlar çərçivəsində 9 xarici ölkə vətəndaşı saxlanılıb.
Saxlanılan şəxslər müvafiq istintaq tədbirləri həyata keçirildikdən sonra deportasiya edilmək üçün Miqrasiya İdarəsinə təhvil veriləcək.
Şübhəli şəxslərdən birinin axtarışları davam etdirilir.
Şəbnəm Mehdizadə
