Məzmuna keç

Əfqanıstanda terror hücumunda ölən məmurun dəfn mərasimində partlayış olub

Əfqanıstanın Bədəxşan əyalətində baş verən terror hücumunda ölən əyalət valisinin köməkçisi Mövləvi Nisar Əhməd Əhmədinin dəfn mərasimində partlayış baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bədəxşan əyalətinin Mədəniyyət və İnformasiya İdarəsinin direktoru Məazəddin Əhmədi Taliban tərəfindən təyin edilmiş Bağlan vilayətinin keçmiş polis rəisi Safiullah Samimin partlayışda həyatını itirdiyini bildirib və ölən və yaralananların sayı barədə dəqiq məlumat verməyib.

Əfqanıstanın aparıcı mətbuat orqanlarından biri olan "TOLONews"un məlumatına görə, hadisə nəticəsində 15 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, iyunun 6-da Bədəxşan vilayətində Mövləvi Nisar Əhməd Əhmədi həyatını itirdiyi terror aktına görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

Şəbnəm Mehdizadə