"Müharibə bitənə qədər Ukrayna ərazisində NATO-ya üzv ölkələrin qoşunları olmayacaq".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunun Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Ukrayna ərazisində silahlı münaqişə bitənə qədər xarici dövlətlər bizim dövlətin ərazisinə öz qoşunlarını göndərməyəcək. Üstəlik, biz bunu tələb etmirik. Deyirik, silah verin, onlarla özümüz döyüşərik ", – Kuleba bildirib.
O əlavə edib ki, Ukrayna NATO-ya daxil olduqdan sonra hərbçilər özləri müdafiə üçün Alyansın digər ölkələrində yerləşdiriləcək.
XİN başçısı, həmçinin Ukraynaya "F-16" qırıcılarının veriləcəyini deyib, lakin ilk növbədə təlim prosesini təşkil etmək və digər məsələləri həll etmək lazım olduğunu qeyd edib: "İyun ayında təlimlərin başlaması ideya siyasi idi. İndi ordu bütün bunları təşkil etmək üçün çalışır, çünki bu, asan proses deyil. Aviasiya koalisiyası getdikcə güclənir. Yenə də də deyirəm, "F-16"lar olacaq. Sadəcə bütün texniki məsələləri həll etməliyik".
Şəbnəm Mehdizadə
