Məzmuna keç

Avstriyada qatar yanıb, 33 nəfər tüstüdən zəhərlənib

Avstriyadan Hollandiyaya gedən qatarda yanğın baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Tirol əyaləti yaxınlığında baş verən yanğında 33 nəfər tüstüdən zəhərlənib.

Qatarda olan 151 sərnişin təxliyə edilib.

Avstriya Dəmir Yolları tərəfindən verilən açıqlamada, qatarın İnsbruk stansiyasına gətirildiyi və yanğının iki mərtəbəli vaqonların üst qatında olan avtomobilin naməlum səbəbdən alovlanması nəticəsində baş verdiyi bildirilib.

Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə