Məzmuna keç

Ukrayna SQ: “Şərq cəbhəsində şiddətli döyüşlər davam edir”

"Şərq Cəbhəsinin dörd istiqamətində şiddətli döyüşlər davam edir. Ukrayna hərbçiləri bir neçə istiqamətdə Rusiyanın hücumlarını dəf edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına bildirilir.

"Rus işğalçıları əsas səylərini Limansk, Baxmut, Avdeyevski və Maryinka istiqamətlərində cəmləşdirməkdə davam edir, orada şiddətli döyüşlər davam edir. Belə ki, son sutka ərzində cəbhənin bu sektorlarında 43 döyüş toqquşması baş verib. Xüsusilə, son 24 saat ərzində ruslar Limanski istiqamətində Donetsk vilayətinin Veseleye rayonu, Baxmut istiqamətində – Orexovo-Vasilyevka, İvanovskoye, Stupoçki, Belaya Qora yaşayış məntəqələri istiqamətində irəliləməyə uğursuz cəhd ediblər. Bundan əlavə, Maryinsla istiqamətində ukraynalı müdafiəçilər düşmənin bütün hücumlarını dəf ediblər, rus işğalçıları itki verib", – deyə məlumatda qeyd olunur.

Baş Qərargahın məlumatına görə, Volın və Polesye istiqamətlərində əməliyyat vəziyyətində hələ də ciddi dəyişiklik yoxdur: "Zaporojye və Xerson istiqamətlərində isə düşmən müdafiə əməliyyatlarını davam etdirir.Eyni zamanda, Severski və Slobojanski istiqamətlərində işğalçılar ərazi qoşunları hesabına sərhədi mühafizə etmək üçün dəstənin tərkibini gücləndirirlər".

Şəbnəm Mehdizadə