"Ukrayna Silahlı Qüvvələri cəbhənin üç sektorunda əks-hücum əməliyyatları keçirib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
İyunun 4-dən bəri davam edən daha geniş əks-hücum səyləri çərçivəsində Ukrayna ordusunun cəbhənin ən azı üç sektorunda fərqli nəticələrlə əks-hücum əməliyyatları həyata keçirdiyi iddia edilir: "Xüsusilə, Ukrayna qüvvələri Baxmut istiqamətində müdafiə əməliyyatından hücum əməliyyatına keçərək şəhərin cinahlarında 200 metrdən az qala iki kilometrə qədər irəliləyir. İyunun 4-dən etibarən Ukrayna qoşunları Donetsk vilayətinin qərb hissəsində Donetsk-Zaporojye vilayətinin sərhədi yaxınlığında məhdud lokallaşdırılmış əks-hücumlar zamanı taktiki uğur əldə ediblər. Bundan başqa, Ukrayna qoşunları 7-8 iyunda Zaporojye vilayətinin qərbində hücuma keçib. Lakin irəliləyiş görünmür".
ISW hesabatında həmçinin qeyd olunur ki, iyunun 8-də Ukrayna qoşunları Qərb tərəfindən verilən müəyyən texnikanı itiriblər. Eyni zamanda qeyd edilir ki, istənilən hərbi fəaliyyət zamanı belə itkilər qaçılmazdır və Ukraynanın əks-hücumunun gələcək irəliləyişinin göstəricisi deyil.
Həmçinin bildirilir ki, qoşunların iyunun 8-də Zaporojye vilayətinin bu hissəsindəki hücumları Ukraynanın hazırkı əks-hücumdakı imkanlarının tam həcmini əks etdirmir.
Şəbnəm Mehdizadə
